Reklam verin!
Yuma Ailə Jurnalı

Müxalifətə qarşı "Blendomed"

Yazar: Zahir Əzəmət @ Noyabr 15, 2007 23:30

müxalifətElnur Astanbəyli
 
Əslində Gürcüstanda Saakaşvilinin müxalifətçiləri eşşək balası kimi çırpması Azərbaycanda 2008-ci il seçkilərinin taleyini həll etdi deyə bilərik. Niyə də yox? Baxarsınız, 2008-ci ildə saxtakarlığa etiraz-zad olsa, bizim hakimiyyət onu 2003-cü ildəkindən də vəhşi və qəddar yolla yatıracaq. Adını "demokrat" qoyduğumuz Saakaşvili onun istefasını istəyənləri Tiflis küçələrində pəsələng eyləyəndən sonra İlham Əliyev neyləməlidir ki? Ay sağ ol, müxalifətçilərin antrikodundan kabab çəkdirib Ramil Usubovun restoranlarına paylatmalıdır. Nuş olsun!
Bilirsiniz nə var, belə götürəndə Saakaşvilinin ona qarşı çıxan xalq kütlələrini eşşək balası kimi çırpmasında qəribə heç nə yoxdur.

Bir bölgənin ki, lideri korrupsiyanın, məmur özbaşınalığının, yaltaqlığın, yalanın, saxtakarlığın tüğyan etdiyi Azərbaycan ola, orada demokratiya-zad fırlayan kimdir? Saakaşvili əsl simasını göstərdi: o, Gürcüstanın gecikmiş İlham Əliyevidir. "Gec olsun, güc olsun" buna deyiblər. Etirazçılara qarşı diktatorlara layiq qəddarlıq göstərən Saakaşvili öz maskasını öz əliylə yırtmış oldu. Belə çıxır ki, hansısa xalq etirazı Saakaşvilini hakimiyyətə gətirirdisə, bu, demokratiyaya uyğundur, amma Saakaşvilini hakimiyyətdən salacaq xalq etirazı dövlətçiliyə ziddir. 2004-cü ildə bəyənmədiyi, Stalinə oxşatdığı, "tiran" damğası vurduğu Şevardnadze heç bir qəddarlıq, zorakılıq göstərməmişdi. İndi Şevardnadze tirandırsa, görün, Saakaşvili kimdir?
Hətta "Mişa" ləqəbli gürcü prezidenti rəqiblərini Azərbaycan hakimiyyətinin sevimli “dövlət çevrilişinə cəhd” maddəsi ilə tutub dama bassaydı nə vardı ki? Bir müxalifət liderinin qollarını ona görə qandallatdırıb ki, üzdən narkomana oxşayır. Digərini Rusiya səfirliyinin işçisi ilə çay içib söhbət elədiyinə görə damlayıb. Qardaş, sənə nə var mən üzdən narkomana, yoxsa "Tək səbir"çi Elməddinə oxşayıram? Bir sözlə, Saakaşvili demokrasi ruzigarlarının Qafqazlara əsdiyi barədə xəyallarımızı darmadağın etdi. İndi Qafqazlar sürətlə gənc tiranların məskəninə çevrilir.
Və ən pisi odur ki, bizim bəzi müxalif Azərbaycan qəzetləri Saakaşvilinin etirazçı kütləyə qarşı qəddar davranışına açıq, ya da dolayısı ilə haqq qazandırırlar, "Gürcüstanın Rusiyaya güc nümayişi" kimi sarsaq siyasi şərhlər verirlər. A kişilər, Saakaşvili dinc inqilabla hakimiyyətə gələndə onu hamımız alqışladıq. Hətta bir qrup gənc yazar bu münasibətlə ona məktub da göndərdik. Amma çox keçmədi, Saakaşvili haracan demokrat olduğunu ortaya qoydu. Heydər Əliyevin adına park saldırdı, ona heykəl ucaltdı, İlham Əliyevi "dostu və qardaşı" adlandırdı. Yadınızdadır, o bir dəfə Heydər Əliyevi özünə "müəllim" hesab etdiyini də demişdi. İndi Mişanın etirazçı xalqı döydürməsində qəribə heç nə yoxdur: o, necə yaxşı "tələbə" olduğunu nümayiş etdirir!
Bizim hələ də Saakaşviliyə "demokrat" kimi simpati göstərməyimiz, ona altdan-altdan haqq qazandırmağımız sabah baha başa gələcək. 2008-ci ildə bizim hansısa müxalifət liderini alkaşa oxşatdığına, bir başqasını Səudiyyə Ərəbistanı səfirliyinin işçisi ilə görüşüb çay içdiyinə, digərini dişini vaxtlı-vaxtında fırçalamadığına, lap elə qoltuğunun altını qırxmadığına, ayağını yumadığına görə tutub dama bassalar, özünüzdən küsün…


Alma | Şərhlər(0)
Baxış sayı: 86
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha