Noyabr 16, 2007 13:40
Qan TURALI
Dünənki qəzetlərdə Qənimət Zahidlə bağı keçirilən tədbirin materialları və fotoları yer almışdı. Əvvəlcə Qənimət Zahidin həbsiylə bağlı bəzi mətləblərə toxunaq, sonra tədbir haqqında bir tədbir görərik.
Qənimət Zahidin həbs olunma motivi haqqında min cür motiv səslənsə də, sifarişin hardan gəlməsi gün kimi aydındır. Burda heç bir qaranlıq məsələ yoxdur. Amma müdafiə məsələsində bu məqam nəzərdən qaçırılır.
Davamı...
Noyabr 16, 2007 12:40
Teymur Şiriyev ağır bədən xəsarəti alıb
Dünən saat 15.30 radələrində Ermənistan silahlı qüvvələri cəbhənin Ağdam istiqamətində atəşkəsi pozublar. Nəticədə Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 14-də saat 15.45-dən 19.20-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Noyamberyan rayonlarının ərazisindəki mövqelərdən
Davamı...
Noyabr 15, 2007 23:30
Elnur Astanbəyli
Əslində Gürcüstanda Saakaşvilinin müxalifətçiləri eşşək balası kimi çırpması Azərbaycanda 2008-ci il seçkilərinin taleyini həll etdi deyə bilərik. Niyə də yox? Baxarsınız, 2008-ci ildə saxtakarlığa etiraz-zad olsa, bizim hakimiyyət onu 2003-cü ildəkindən də vəhşi və qəddar yolla yatıracaq. Adını "demokrat" qoyduğumuz Saakaşvili onun istefasını istəyənləri Tiflis küçələrində pəsələng eyləyəndən sonra İlham Əliyev neyləməlidir ki? Ay sağ ol, müxalifətçilərin antrikodundan kabab çəkdirib Ramil Usubovun restoranlarına paylatmalıdır. Nuş olsun!
Bilirsiniz nə var, belə götürəndə Saakaşvilinin ona qarşı çıxan xalq kütlələrini eşşək balası kimi çırpmasında qəribə heç nə yoxdur.
Davamı...
Noyabr 15, 2007 23:08
Firudin Allahverdi
Bu gün dünyada internetin əhəmiyyəti barədə nə yazsam, nə qədər yazsam da yetərli olmaz. İnternet bu gün hər şeydir - bilik, savad, xəbər, əyləncə, incəsənət, ədəbiyyat... hər şey! Əhəmiyyətin də əsas səbəbi informasiyadır. Artıq hər şey bəllidir: bu gün kimin informasiyası çoxdursa, o güclüdür! Belə ki, informasiyadan elm, elmdən pul, puldan isə güc törəyir.
Bütün normal ölkələrdə dial-up adlı maksimum 56.6 kbps sürətli bağlantı artıq tarixə qovuşub. Bu barədə ancaq dərsliklərdəki “İnternetin yaranma” tarixi mövzusuna aid səhifələrdə rast gəlmək olar.
Davamı...
Noyabr 15, 2007 23:03
Natiq GÜLƏHMƏDOĞLU
İnsan haqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova Qənimət Zahidin həbs olunmasına iki sözdən ibarət münasibət bildirib: ”Təəssüf edirəm”. Ombudsmanımızı əla da olmasa, yaxşı tanıyan adam kimi sevinirəm ki, nə yaxşı Elmira xanım “ləzzət alıram” deməyib. Gəlin, dilə yatmayan «ombudsman» sözünü ilk dəfə eşidənlər üçün bu sözün arxasında nə dayanır - bu haqda iki cümlə yazaq.
Davamı...
Noyabr 15, 2007 22:55
Yaxud biz tarixlə məzələndikcə, tarix də bizimlə məzələnir
Zamin HACI
Ölkəmizdə tarixə çox dırnaqarası, bəzən isə məzəli baxış vardır. Məsələn, 3-4 il qabaq tam ciddi qəzetlərimizdən birində, tam ciddi şəkildə bir alimi-biəməl “elmi” məqalə ilə sübut etməyə çalışırdı ki, Şotlandiya sakinləri... Ağdamın indiki Şotlanlı kəndindən qədimdə köçüb gedənlərdir. Bir-iki ciddi tarixçi alimimiz vardı, onları da ya blokda ağzına güllə vurub öldürdülər, ya da çərlədib öldürmək üzrədirlər.
İki-üç gün öncə APA-nın bülletenində oxuduğum xəbərə isə bilmədim gülüm, yoxsa ağlayım.
Davamı...